SABAH tələbəsi “Yüksəliş” Tələbə Mentorluq Proqramına seçilib
TƏLƏBƏLƏR
18 Mart 2026
SABAH qrupları Bakı Dövlət Universitetinin bakalavriat səviyyəsi üzrə Hüquqşünaslıq ixtisasının IV kurs tələbəsi Fidan Quliyeva “Yüksəliş” müsabiqəsi çərçivəsində keçirilən III Tələbə Mentorluq Proqramında iştirakçı qismində seçilmiş və onun mentoru IV “Yüksəliş” müsabiqəsinin qalibi Eyyub Fətəliyevdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli 1354 saylı Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsi təsis edilmişdir. Bununla əlaqədar olaraq “Yüksəliş” müsabiqəsi çərçivəsində Tələbə Mentorluq Proqramı həyata keçirilir. Proqramın əsas məqsədi ali təhsil müəssisələrinin III-IV kurs tələbələrinə müsabiqə qalibləri tərəfindən karyera inkişafı istiqamətində peşəkar məsləhətlərin verilməsi, praktiki təcrübənin paylaşılması və tələbələrin əmək bazarına hazırlıq səviyyəsinin yüksəldilməsindən ibarətdir.
Tələbəmiz mentorluq çərçivəsində təşkil olunan təlim və digər inkişaf tədbirlərinə qatılması planlaşdırılır. Proqramı uğurla başa vuran və müəyyən edilmiş tələblərə tam riayət edən iştirakçılar müvəffəqiyyət sertifikatı ilə təltif olunacaqlar.