XƏBƏRLƏR

SABAH məzunu Vəli Səməndərlinin beynəlxalq akademik və peşəkar uğurları

MƏZUNLAR

01 May 2026

SABAH qrupları Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit ixtisasının 2021-ci il məzunu Vəli Səməndərli Polşada “Stefan Banach” təqaüdünü qazanaraq Gdansk Universitetində magistr pilləsində təhsil almış, hazırda isə eyni universitetdə doktorantura təhsilini davam etdirir.

Hazırda o, dünyanın aparıcı maliyyə institutlarından biri olan CITI bankda çirkli pulların yuyulması və terrorizmin maliyyələşməsi ilə mübarizə üzrə ekspert kimi fəaliyyət göstərir. Bununla yanaşı, Gdansk Universiteti və Gdansk Texnologiya Universitetində müəllim kimi də fəaliyyətini davam etdirir.

Vəli Səməndərli tələbəlik illərində akademik və sosial sahələrdə fəallığı ilə seçilmişdir. Həmmüəllifi olduğu “Təcavüzkar siyasətin Ermənistan iqtisadiyyatına təsiri” adlı məqalə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə maraq doğurmuşdur.