SABAH qrupları tələbələrinin konsert proqramı uğurla keçirildi!
TƏLƏBƏLƏR
03 İyul 2026
2 iyul tarixində SABAH İncəsənət Festivalı çərçivəsində Bakı Musiqi Akademiyası SABAH qrupları tələbələrinin konsert proqramı uğurla keçirildi.
Konsert proqramında Bakı Musiqi Akademiyasının SABAH qruplarında təhsil alan tələbələr müxtəlif tərkibli kollektiv və solo ifalarla çıxış etdilər. Gecədə “Xarı Bülbül” xor kollektivi, SABAH xoru, Detaşe SABAH kamera ansamblı, eləcə də fortepiano, nəfəs alətləri, simli alətlər və kamera ansambllarının ifasında klassik və müasir bəstəkarların əsərləri səsləndirildi. Konsert boyu kollektiv və solo çıxışlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.
Qeyd edək ki, SABAH İncəsənət Festivalı gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq fəaliyyətinin dəstəklənməsi və milli musiqi ənənələrinin təbliği məqsədilə keçirilir. Festival çərçivəsində təşkil olunan bu konsert də tələbələrin əldə etdikləri bilik və bacarıqların nümayişi, həmçinin onların peşəkar inkişafına töhfə verən mühüm mədəniyyət tədbirlərindən biri oldu.