XƏBƏRLƏR

IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının qalibləri!

MƏZUNLAR

12 Avqust 2026

SABAH qrupları Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ali təhsilin təşkili və idarə olunması ixtisaslaşması üzrə 2026-cı il məzunları Ülviyyə Quliyeva, Südabə Eyubova və Təlim və tədrisin təşkili və metodikası ixtisaslaşması üzrə 2026-cı il məzunu Şirinxanım Şeydayeva IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısı olmaq haqqını qazanıblar.

Proqram çərçivəsində iştirakçılar Elm və Təhsil Nazirliyi, eləcə də tabe qurumlarının müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər. Proqramın məqsədi tələbə və məzunlara təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmək və gənclərə peşəkar vərdişlər qazandırmaqdır.

Qeyd edək ki, bu il IV “Maarifçi” tələbə-məzun proqrama rekord sayda – 5 096 müraciət daxil olub, seçim mərhələlərinin yekununda 53 namizəd proqram iştirakçısı seçilib.