MÜTƏMADİ VERİLƏN SUALLAR

 SABAH qruplarına Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində müəyyən edilmiş ixtisaslar üzrə əyani formada təhsil alan,  I tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan vətəndaşları müraciət edə bilər.

SABAH qruplarına tələbə seçimi müsabiqəsi qaydalarının 7.3 bəndinə əsasən namizədlərin qiymətləndirilməsi həm də ali təhsil müəssisələrinə qəbul balı əsasında aparıldığından yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı yolu ilə ali təhsil müəssisəsinə qəbul olunmuş şəxslər müsabiqədə iştirak edə bilər.

“SABAH qruplarına tələbə qəbulu Qaydaları”na əsasən, tələbələrin qəbulu tədris ilində bir dəfə olmaqla, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin  tabeliyində olan ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə təhsil alan, ümumi orta müvəfəqiyyət göstəricisi 61 baldan aşağı olmayan, I tədris ilinin I və II semestri üzrə akademik borcu olmayan tələbələr arasından 3 mərhələli müsabiqə yolu ilə aparılır.

 İxtisaslar təhsil, təbiət, humanitar və sosial, iqtisadiyyat və idarəetmə, texniki və texnoloji, mədəniyyət və incəsənət ixtisas qruplarından hər tədris ilinə görə olmaqla, hər bir ixtisas üzrə baza ali təhsil müəssisəsinin I kursunda təhsil alan potensial tələbələrin sayı və prioritetlik nəzərə alınmaqla müəyyən olunur.

SABAH qruplarında ingilis dilinin tədrisinə xüsusi əhəmiyyət verilir, tədris aparan müəllimlər xüsusi müsabiqə vasitəsilə seçilir, tələbələrə tədris və tədrisdənkənar (təlimlər, təcrübə proqramları, təqaüd proqramları, müsabiqələr, sosial tədbirlər, xaric dillərin tədrisi və s.) imkanlar təklif olunmaqla müasir təhsil mühiti yaradılır.

 SABAH qruplarında təhsil alan bütün tələbələr SABAH qruplarındakı ilk təhsil semestrində 50 manat məbləğində təqaüdlə təmin olunurlar. Növbəti semestrlər üzrə təqaüdün verilməsi “SABAH layihəsi (qrupları) tələbələrinə məqsədli SABAH təqaüdünün təyin edilməsi və ödənilməsi Qaydası”na əsasən müəyyənləşdirilməklə 50 manat (həvəsləndirici) və 70 manat (əlaçı) məbləğində təqaüdlə təmin olunurlar.

SABAH təqaüdü alan tələbənin hər hansı səbəbdən SABAH qruplarında təhsili dayandırıldıqda, müvafiq olaraq ona SABAH təqaüdünün ödənilməsi də dayandırılır. Təsisçinin qərarı ilə SABAH təqaüdünün miqdarı onun növləri üzrə müvafiq   qaydada dəyişdirilə və ya təqaüdün verilməsi ümumiyyətlə dayandırıla bilər.

SABAH qruplarında tədrisi aparan müəllimlər yerli ali təhsil müəssisələrindən, özəl və dövlət qurumlarından müsabiqə yolu ilə seçilmiş, xaricdən dəvət olunmuş yerli dil daşıyıcıları olan, beynəlxalq sertifikatlı müəllimlərdir.

SABAH qruplarının tələbələri hazırda ixtisaslarına müvafiq olaraq 10 baza ali təhsil müəssisəsində təhsil alır: ADİU, ADNSU, ADPU, ADBTİA, ADMİU, AzMİU, AzTU, ADRA, BDU, BMA.

SABAH qruplarına qəbul üçün müsabiqədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən qəbul müsabiqəsinin tələblərinə cavab verən bütün tələbələr iştirak edə bilərlər.

Bu, xaricdə təhsil almaq üçün mövcud qaydaların tələblərinə uyğun mümkündür.

SABAH qruplarının məzunları standard bakalavr diplomu ilə yanaşı SABAH qruplarında təhsili təsdiqləyən xüsusi şəhadətnamə verilməsi nəzərdə tutulur.

SABAH qruplarına ixtisas üzrə qeyri-baza ali təhsil müəssisələrindən qəbul olunan tələbələr baza ali təhsil müəssisəsisələrinə mərkəzləşdirilmiş formada köçürülürlər və müvafiq olaraq köçürüldükləri ali təhsil müəssisəsinin diplomunu alırlar.

Bu halda, tələbə köçürüldüyü ali təhsil müəssisəsinin müvafiq ixtisas üzrə həmin kursuna tətbiq olunan təhsil haqqını ödəməlidir.

 SABAH qruplarında tədris aparan müəllimlərin 1 akademik saat üzrə əmək haqqı fəndən asılı olaraq differensiallaşdırılmış qaydada müəyyənləşdirilir.

Bu halda, tələbə köçürüldüyü ali təhsil müəssisəsinin müvafiq ixtisas üzrə həmin kursuna tətbiq olunan təhsil haqqını ödəməlidir.

SABAH qruplarına tələbə qəbulunun müsahibə mərhələsində tələbələrin ixtisas üzrə fundamental bilikləri,ümumi dünyagörüşü, xarici dil, ünsiyyət və s.  kimi bir sıra bilik və bacarıqları yoxlanılır.

SABAH qruplarına qəbul üzrə keçid balı hər bir ixtisas və bölmə üzrə olmaqla müsabiqə nəticələrinə əsasən formalaşır.

SABAH qruplarından tələbələrin öz müraciətləri əsasında üzrlü və əsaslı səbəblər olduğu halda xaric olunması ən tezi SABAH qruplarındakı təhsilin I semestrinin sonunda mümkündür.

Sualınıza cavab tapa bilmədinizsə, aşağıdakı formanı dolduraraq bizə müraciət edə bilərsiniz.