Müəllimlərin seçimi aşağıdakı kriteriyalara əsasən həyata keçirilir. Hər bir meyar 1-dən (zəif) 5-ə (əla) qədər qiymətləndirilir.
Kommunikasiya bacarıqları
Nitqin səlisliyi (səsin tonu, tembri, tempi intonasiyası, diksiyası)
Şəxsi/peşəkar görünüşü (geyim, səliqə və s.), müəllim portreti
Jest və mimikalardan istifadə (qeyri-verbal hərəkətlər, oturuşu, üz ifadələri və s.)
Fikrini anlaşıqlı şəkildə izah edir, əsaslandırır.
Təmkinlilik, özünə inam və fikrini təlqin etmə bacarığı nümayiş etdirir.
Təqdimat bacarıqları
Mövzuya uyğun olaraq vizuallıqdan (təqdimat, video, şəkil, forma, diaqram, qrafik, düstur və s.) istifadə edir.
Mövzunu nümunələr əsasında aydın və səlis izah edir.
Vaxtdan səmərəli istifadə edir.
İKT bacarıqları
İnnovativ və interaktiv təlim üsullarından istifadə edir.
Sahə üzrə bilik və bacarıqlar
Fənnin planlaşdırılması, təlim nəticələri və təqdimatı
Fənn üzrə suallara dolğun və səlis cavablar verir.
Təqdim olunan mövzu ilə bağlı əsas məsələləri dərindən bilir.
Mövzunun konseptual çərçivəsini məntiqi ardıcıllıqla izah edir.
Sınaq dərsin əvvəlində mövzu üzrə təlim nəticələri haqqında məlumat verir.