XƏBƏRLƏR

SABAH tələbələrinin yaradıcılıq işləri sərgidə təqdim edilib

08 May 2026

08 may tarixində İncə Naxış qrupu və Zaman Art Gallery tərəfindən təşkil olunan “Ənənə və müasirlik” adlı sərgidə dekorativ-tətbiqi sənət ənənələrindən, xüsusilə xalça naxışlarından və milli ornamentlərdən ilhamlanan müxtəlif rəsm və dizayn işləri nümayiş etdirilib.

Sərgidə SABAH qrupları Azərbaycan Rəssamlıq Akademiyasının Dekorativ-tətbiqi sənət (Bədii xalça) ixtisasının III kurs tələbələri Səidə Şirinova, Aydan Haşımova və IV kurs tələbələri Nuray İbrahimli, Azər Əlizadə və Dilbər Əkbərovanın yaradıcılıq işləri də xüsusi yer alıb.

Layihənin əsas məqsədi ənənəvi estetik dəyərləri müasir baxışla birləşdirərək gənc rəssamların yaradıcılıq axtarışlarını dəstəkləməkdir.