SABAH tələbəsi “RoboCode III” robotik kodlama düşərgəsində uğur qazanıb
TƏLƏBƏLƏR
08 Aprel 2026
SABAH qrupları Bakı Dövlət Universitetinin bakalavriat səviyyəsi üzrə Kompüter elmləri ixtisasının III kurs tələbəsi Aytac Şəkərzadə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi”nin və “SAHA Robotics” şirkətinin birgə təşkilatçılığı, “Expressbank”ın sponsorluğu ilə keçirilən “RoboCode III” robotik kodlama düşərgəsində uğurla iştirak etmişdir.
Tələbəmizin də üzvü olduğu “Soilmate” komandası final mərhələsində uğurlu nəticə göstərərək II yerə layiq görülmüşdür.
Qeyd edək ki, bir ay davam edən düşərgəyə 150-dən çox müraciət daxil olmuş, müəyyən edilmiş meyarlar əsasında seçilmiş 105 iştirakçı proqramda iştirak etmişdir. Final mərhələsinə vəsiqə qazanan 5 komandanın hazırladığı prototiplər münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir.
Layihənin əsas məqsədi gənclərin robototexnika, proqramlaşdırma və innovasiya sahələrində bilik və bacarıqlarının inkişafına dəstək göstərməkdən ibarət olmuşdur.