XƏBƏRLƏR

SABAH tələbəsi “IT SkillSprint” layihəsində iştirak hüququ qazandı

TƏLƏBƏLƏR

23 Fevral 2026

SABAH qrupları Bakı Dövlət Universitetinin Kompüter elmləri ixtisasının bakalavriat səviyyəsinin III kurs tələbəsi Qurbanəli Qurbanəliyev “IT SkillSprint layihəsi” çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı, həmçinin qlobal təlim şirkəti “Ironhack”in iştirakı ilə Kibertəhlükəsizlik, Veb proqramlaşdırma, Data və süni intellekt, DevOps və süni intellekt istiqamətləri üzrə intensiv təhsil proqramında iştiraka haqq qazanmışdır.

Qeyd edək ki, müasir texnologiyalar üzrə peşəkar bacarıqları inkişaf etdirmək, qlobal əmək bazarına hazırlamaq və universitet–sənaye əməkdaşlığını gücləndirmək məqsədilə proqramın təşkili nəzərdə tutulur. “Bootcamp” formatında həyata keçiriləcək proqram tələbələrə real layihələr üzərində işləmək, portfel formalaşdırmaq və hakatonlar, karyera sərgiləri, şəbəkələşmə tədbirləri vasitəsilə əmək bazarına inteqrasiya imkanları qazandıracaq. Proqramı uğurla başa vuran tələbələr beynəlxalq səviyyədə
tanınan “Ironhack” şirkətinin sertifikatı ilə təltif olunacaqlar.

Tələbəmizə gələcək fəaliyyətində uğurlar arzulayırıq!