XƏBƏRLƏR

SABAH tələbəsi İnnovativ həllər marafonunda uğur qazandı

TƏLƏBƏLƏR

23 Fevral 2026

SABAH qrupları Bakı Dövlət Universitetinin bakalavriat səviyyəsi üzrə Kompüter elmləri ixtisasının III kurs tələbəsi Aytac Şəkərzadə Startap, İnnovasiya və Dəstək proqramı – OBA SİD çərçivəsində keçirilən “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonununda uğurla iştirakına görə təltif olunmuşdur. Onun iştirakçısı olduğu "She İnnovates" komandası final mərhələsinə vəsiqə qazanan 16 komandadan biri olmuşdur.

Marafona ümumilikdə 185 müraciət daxil olub. Müraciət edən komandaların 57 faizi ideya mərhələsində, 46 faizi sərbəst mövzu üzrə, 19 faizi isə xanım “founder”lərdən ibarət olub. Seçim mərhələsindən sonra 33 komanda əsas mərhələdə iştirak edib. Altı həftəlik proqram çərçivəsində komandalar ideya generasiyası, süni zəka alətləri, dizaynyönümlü düşüncə, “pitchdeck” hazırlanması və MVP-nin (Minimum İşlək Məhsul) təkmilləşdirilməsi üzrə təlimlər keçiblər. Nəticədə 16 komanda final mərhələsinə vəsiqə qazanıb.

Layihənin əsas məqsədi pərakəndə satış sahəsinin innovativ inkişafına töhfə vermək, Azərbaycanın startap və innovasiya ekosistemini dəstəkləmək, eyni zamanda, “OBA”nın daxili biznes ehtiyaclarını qarşılayacaq innovativ həllərin formalaşdırılması olmuşdur.