SABAH tələbələrinin təcrübə mübadiləsi proqramı davam edir.
TƏLƏBƏLƏR
18 Mart 2025
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi SABAH qrupları, “Azərkosmos”un KOSMİK Akademiyası və Türkiyənin Gökmen Aerokosmik və Aviasiya Mərkəzi (GUHEM) əməkdaşlığı çərçivəsində SABAH qrupları tələbələrinin təcrübə mübadiləsi proqramı davam edir. Qeyd edək ki, Türkiyə Respublikasının Ankara, İstanbul və Bursa şəhərlərində keçiriləcək bu təcrübə mübadiləsi proqramında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi SABAH qruplarının dəstəyi ilə ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində 3 şəhid övladı - polkovnik Babək Səmidlinin oğlu Mətləb Səmidli, baş gizir Yasən Əhmədovun oğlu Yelmar Əhmədli və gizir Rahim Tağıyevin oğlu Nihad Tağızadə də iştirak edirlər.