SABAH tələbələri vörkşopda iştirak etdilər.
TƏLƏBƏLƏR
23 Dekabr 2024SABAH qrupları ilə ATL Academy-nin əməkdaşlığı çərçivəsində SABAH tələbələri üçün Product Management mövzusunda interaktiv vörkşop keçirildi.
Vörkşopun ilk mərhələsində tələbələr fərdi şəkildə çalışaraq öz yaradıcılıqlarını və analitik bacarıqlarını sınadılar. Daha sonra isə komandalar şəklində çalışaraq real həyatda qarşılaşdıqları problemlərə həll yolları təklif etdilər. Bu yanaşma tələbələrə həm fərdi, həm də komandada işləmə bacarıqlarını inkişaf etdirmək fürsəti yaratdı.