XƏBƏRLƏR

SABAH tələbələri “Maarifçi” tələbə-məzun təcrübə proqramında!

TƏLƏBƏLƏR

17 Oktyabr 2024

SABAH qrupları Bakı Dövlət Universitetinin Riyaziyyat müəllimliyi ixtisasının 2022-ci il məzunu Əminə Abbasova, Hüquqşünaslıq ixtisasının 2024-cü il məzunu Ziyvər Sədiyeva, Coğrafiya müəllimliyi ixtisasının 2024-cü il məzunu Nəzrin Manafova və Riyaziyyat müəllimliyi ixtisasının IV kurs tələbəsi Qəhirmanova Nərminə 2-ci “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısı olmaq haqqını qazanıblar.
     Qeyd edək ki, proqramın II mərhələsində 37 nəfər müəssisələrdə təcrübə keçmək imkanı qazanıb. Üç ay davam edəcək proqram çərçivəsində iştirakçılar Elm və Təhsil Nazirliyi, eləcə də tabe qurumlarının müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər. Proqramın məqsədi tələbə və məzunlara təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmək və gənclərə peşəkar vərdişlər qazandırmaqdır.