XƏBƏRLƏR

SABAH tələbələri GenAI beynəlxalq təqaüd proqramının qalibi oldular

TƏLƏBƏLƏR

26 Fevral 2026

SABAH qrupları Bakı Dövlət Universitetinin bakalavriat səviyyəsinin Biotexnologiya ixtisasının 4-cü kurs tələbələri Həsənova Süsən və Zairova Cəmilə Holberton School-un GenAI 100% Scholarship proqramının qalibi olublar. GenAI (Generative Artificial Intelligence) istiqaməti üzrə elan olunan və tam təqaüd əsasında həyata keçirilən proqramda iştirak hüququ qazanıblar.

 

Qeyd edək ki, Holberton School Silikon Vadisi modelinə əsaslanan, innovativ və praktiki metodologiya ilə İKT və proqramlaşdırma sahəsində tədris həyata keçirən beynəlxalq məktəblər şəbəkəsidir. Tədris prosesi qarşılıqlı öyrənmə üsulu ilə təşkil olunur ki, bu da tələbələrin komanda şəraitində çalışaraq real layihələr üzərində praktiki bilik və bacarıqlar əldə etməsinə imkan yaradır.