XƏBƏRLƏR

SABAH tələbələri Dövlət Proqramı İdarəetmə Qrupunun məlumat sessiyasında.

TƏLƏBƏLƏR

20 Fevral 2025

SABAH qruplarının tələbələri Dövlət Proqramı İdarəetmə Qrupu tərəfindən 2025/2026-cı tədris ili üzrə “2022-2028 Dövlət Proqramı” çərçivəsində xaricdə təhsilinin təşviq edilməsi, tələbələr arasında geniş maariflənmə işinin aparılması məqsədilə keçirilən görüşdə iştirak ediblər.

Görüş çərçivəsində gənclərə Dövlət Proqramı çərçivəsində xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları, proqrama qəbul şərtləri və mərhələləri barədə ətraflı məlumat verilib.
Dövlət Proqramı İdarəetmə Qrupunun nümayəndəsi məlumat sessiyasından sonra, tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırılıb və onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.


Görüşdə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, ⁠Azərbaycan Rəssamlıq Akademiyası, ⁠Azərbaycan İdman Akademiyası, ⁠Bakı Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti kimi yerli ATM-lərdə təhsil alan SABAH qruplarının tələbələri iştirak ediblər.

Məlumat üçün qeyd edək ki, cənab Prezidentin 12 avqust 2024-cü il tarixli, 248 nömrəli Sərəncamı ilə dəyişiklik edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın müddəti uzadılaraq 2022–2028-ci illər olaraq müəyyən edilmiş, doktorantura səviyyəsi əlavə edilmiş, kvota sayı 500 nəfər müəyyən olunmuşdur, bu ildən başlayaraq kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi doktorantura səviyyəsini əhatə edəcək.