SABAH tələbələri Beynəlxalq festivalda!
TƏLƏBƏLƏR
01 Noyabr 2024Elm və Təhsil Nazirliyinin və COP29 Sədrliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçirilib.
Beynəlxalq müsabiqədə Azərbaycan Texniki Universitetinin (#AzTU) SABAH qrupları tələbəsi Əliyoldaş Əmiraslanlı və Alman mühəndislik fakültəsinin tələbəsi "Yaşıl Təşəbbüslər" kateqoriyası üzrə ixtira etdikləri “CO2toD” qurğusu ilə təmsil olunublar və layihə birinci yerə layiq görülüb. Müsabiqədə tələbələrin mentoru AzTU-nun Mühəndis fizikası və elektronika kafedrasının professor, SABAH müəllimi Mehriban Həsənova olub.
Qeyd edək ki, builki festivalın final mərhələsinə ümumilikdə 244 komanda üzrə 900-dən çox iştirakçı qatılıb və onlardan 146-sı Böyük Britaniya, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya və ABŞ də daxil olmaqla 15 ölkəni təmsil edib. Məzmunun hazırlanması və iştirakçıların qiymətləndirilmə prosesində Danimarka, Slovakiya, Kanada və Türkiyə daxil olmaqla, ümumilikdə 10 müxtəlif ölkədən 17 münsif iştirak edib.