SABAH tələbələri ağacəkmə aksiyasında!
TƏLƏBƏLƏR
18 Dekabr 2024
SABAH qruplarının tələbələri “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə dekabrın 18-də Müşfiqabad qəsəbəsində həyata keçirilən ağacəkmə aksiyasında iştrak etdilər.
Aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Ağacəkmə aksiyasının keçirilməsində əsas məqsəd ekoloji tarazlığın qorunmasına töhfə vermək, yaşıllıq sahələrinin genişləndirilməsini təmin etmək və gənclərin ekoloji şüurunu artırmaqdır.