XƏBƏRLƏR

SABAH qruplarının tələbələri “Maarifçi” tələbə-məzun təcrübə proqramının qalibi oldular!

TƏLƏBƏLƏR

15 Aprel 2024

SABAH qrupları Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisasının IV kurs tələbələri Nigar Rəhimli və Nihad Musayev, "Riyaziyyat müəllimliyi" ixtisasının IV kurs tələbəsi Hüseynova Səbinə, "Kimya müəllimliyi" ixtisasının III kurs tələbəsi Şabanova Səbinə Elm və Təhsil nazirliyi tərəfindən təşkil olunan Maarifçi təcrübə proqramının qalibi oldular.

Qeyd edək ki, 2000 müraciətçi arasından 28 qalib tələbə seçilmişdir. Seçim prosesi ərizə forması, yazılı imtahan və müsahibə olmaqla üç mərhələdən ibarətdir. Seçim prosesində uğur qazanan namizədlər proqram çərçivəsində Elm və Təhsil Nazirliyinin Aparatı, qurumları və regional təhsil idarələrində təcrübə keçmək imkanı əldə ediblər.

#ElmVəTəhsilNazirliyi #Maarifçi #Təcrübə