SABAH məzunu və tələbələri Memarlıq ixtisası üzrə Respublika müsabiqəsində uğur qazandı
25 Aprel 2026
SABAH qrupları Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq ixtisasının məzun və tələbələri “Gənc memarların və tələbələrin işlərindən ibarət X Respublika Müsabiqəsi”nin qalibləri olmuşdur.
I yerin qalibi III kurs tələbəsi Murad Əbusətdar, II yerin qalibləri IV kurs tələbələri Günel Əliyeva və Nərgiz Abdullayeva, III yerin qalibi isə 2025-ci il məzunu Röya Səlimli olmuşdur.
Qeyd edək ki, 25 aprel 2026-cı il tarixində Azərbaycan Respublikası Memarlar İttifaqının dəstəyi və “Gənc memarlar ve tələbələr klubu”nun təşkilatçılığl ile elan olunmuç “Gənc memarların və tələbələrin işlərindən ibarət X Respublika Müsabiqəsi”nə təqdim edilmiş layihələrin İçərişəhərdə yerləşən “Zaman ART Gallery”də sərgisi açılıb ve qaliblərin təntənəli mükafatlandırılma mərasimi keçirilib.