XƏBƏRLƏR

Hacettepe Universitetinin professoru ustad dərsində!

TƏLƏBƏLƏR

22 Aprel 2025

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və SABAH qruplarının təşkilatçılığı ilə #Hacettepe Universitetinin professoru Prof.Dr. Remziye Yılmaz "Bakterial metagenom sıralama: Qıda mikrobiologiyasında 2 hal" mövzusunda ustad dərsi keçmişdir.  


Tədbirdə çıxış edən SABAH qrupları İcra Komitəsinin rəhbəri Elza Səmədova və Türkiyə Azərbaycan Universitetindən (TAU) dəvət olunmuş Hacettepe Universitetinin Qida mühəndisliyi kafedrasının professoru Prof.Dr. Ümran Uygun #TAU ilə SABAH qrupları layihəsi arasındakı əməkdaşlığı yüksək qiymətləndirib.  


Qida mikrobiologiyasına həsr olunmuş ustad dərsində SABAH qruplarının Biologiya müəllimliyi, Biotexnologiya ixtisasları üzrə təhsil alan tələbələri və Molekulyar biologiya ixtisaslaşmasının magistrantları ilə yanaşı BDU-nun pedaqoji heyət də iştirak edib. Professor bakterial metagenomun sekvensingi, onun müəyyənləşdirilməsi məqsədilə  qida mikrobiologiyasında istifadə olunan iki yanaşma haqqında məlumat verməklə, aparılan işlərin iqtisadi əhəmiyyətini vurğulayaraq gələcəkdə bu sahədə aparılan tədqiqatların mahiyyəti haqqında auditoriyaya geniş məlumat verdi. Sonda Prof.Dr. Remziye Yılmaz tərəfindən auditoriyanın çoxsaylı sualları cavablandırıldı, akademik heyətlə əməkdaşlıq imkanları müzakirə olundu.


Qeyd edək ki, seminarın davamı 5 may tarixində baş tutacaqdır.