XƏBƏRLƏR

APTİS imtahanı haqqında məlumat

TƏLƏBƏLƏR

06 İyun 2019

2018/2019-cu tədris ilində SABAH qruplarına qəbul olunmuş SABAH tələbələri üçün 08 İYUN 2019-cu il tarixində APTİS imtahanı keçiriləcəkdir.İmtahanda II kursda təhsil alan bütün SABAH tələbələrinin iştirak etməsi mütləqdir. Hər bir ixtisas üzrə imtahanın keçirilmə vaxtı barədə məlumatı buradan əldə edə bilərsiniz. 

 

İmtahan Azərbaycan Dövlət İqtisad Universitetinin əsas korpusunda (İstiqalaliyyət küç. 6, İçərişəhər metrostansiyasının yaxınlığı) keçiriləcəkdir.

 

 TƏLİMAT:

- İmtahana gələrkən şəxsiyyət vəsiqəsi(və ya xarici passport) mütləq təqdim olunmalıdır. Tələbə bileti qəbul OLUNMUR.

- Imtahana başlanma vaxtından 30 dəqiqə əvvəl gəlmək lazımdır.

- İmtahan otağına üst geyimi, mobil telefon, çanta keçirilə bilməz.