SABAH tələbəsi “Gənc İstedadlar Proqramı”nda iştirak hüququ qazanıb.
TƏLƏBƏLƏR
24 Aprel 2025
SABAH qrupları Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasının IV kurs tələbəsi Nurtac Xəlilova SOCAR-ın təşkil etdiyi “Gənc İstedadlar Proqramı”nın seçim mərhələlərini uğurla tamamlayaraq proqramda iştirak hüququ qazanıb.
Təcrübə müddətində Nurtac Xəlilova SOCAR-ın strukturuna daxil olan müəssisələrdə istehsalat təcrübəsinə cəlb olunacaqdır.
Qeyd edək ki, proqram 5 ay ərzində gənclərə SOCAR-da istehsalat təcrübəsində, ixtisas biliklərinin və səriştələrinin inkişafı üçün təşkil olunan təlimlərdə iştiak etmək, müəyyən edilmiş təqaüddən yararlanmaq imkanı verir.
Proqramın sonunda öz bilik və bacarıqları ilə seçilən peşəkar və perspektivli gənclər işlə təmin olunma imkanı əldə edirlər. SOCAR-ın “Gənc İstedadlar Proqramı” Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşı olan, öyrənməyə həvəsli, şəxsi inkişafı, peşəkar vərdişləri və praktiki biliklərini artırmağa maraqlı olan, təşəbbüskar, komandada işləməyi bacaran, ixtisasını sevən və yüksək ixtisas biliklərinə sahib gənclərin inkişafına dəstək olmaq məqsədilə həyata keçirilir.
Tələbəmizə gələcək fəaliyyətində uğurlar arzu edirik!