SABAH tələbəsi “Adlı təqaüd”-ə layiq görüldü.
TƏLƏBƏLƏR
19 May 2025
SABAH qrupları Bakı Dövlət Universitetinin Kompüter elmləri ixtisasının III kurs tələbəsi Aydan Paşazadə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) “Adlı təqaüd”-nə layiq görüldü.
Qeyd edək ki, “Adlı təqaüd” Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşəbbüsü ilə təhsildə yüksək nəticələr göstərən və ictimai fəallığı ilə seçilən tələbələrə təqdim olunur.