SABAH tələbələri “Maarifçi” tələbə-məzun təcrübə proqramında
MƏZUNLAR
16 Sentyabr 2025
Bakı Dövlət Universitetinin SABAH qrupları Kimya müəllimliyi ixtisasının 2025-ci il məzunu Cavidan Hacıəliyev, Miranə Ağayeva, Hüquqşünaslıq ixtisasının 2025-ci il məzunu Rüqəyya Xıdırova, Fizika müəllimliyi ixtisasının 2025-ci il məzunu İlqarə Mirzəyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin SABAH qrupları Riyaziyyat və İnformatika müəllimliyi ixtisasının 2025-ci il məzunları Nuray Məmmədova və Rəvan Hacıyev 3-cü “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısı olmaq haqqını qazanıblar.
Qeyd edək ki, Proqram çərçivəsində iştirakçılar Elm və Təhsil Nazirliyi, eləcə də tabe qurumlarının müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər. Proqramın məqsədi tələbə və məzunlara təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmək və gənclərə peşəkar vərdişlər qazandırmaqdır.