XƏBƏRLƏR

SABAH tələbələri ikili diplom proqramının qalibi oldular!

TƏLƏBƏLƏR

17 Mart 2025

SABAH qrupları Bakı Dövlət Universitetinin “Kompüter elmləri” ixtisasının III kurs tələbələri Nihat Qəribli və Nurlan Cəbiyev İsrail Dövlətinin #Holon Texnologiya İnstitutu ilə Bakı Dövlət Universitetinin ikili diplom proqramının qalibi oldular.


Qeyd edək ki, “Kompüter elmləri” ixtisası üzrə beynəlxalq ikili diplom proqramı təhsil, elm, sənaye və biznesin müxtəlif sahələri üçün kompüter elmlərinin müasir nailiyyətlərinə yiyələnmiş, informasiya texnologiyaları sahəsində dərin biliklərə malik olan texnologiyalarının fundamental və xüsusi tətbiqi metodlarından istifadə edərək öz peşə fəaliyyətlərində praktik problemləri formalaşdıran, effektiv həll edə bilən, yüksək ixtisaslı mütəxəssislər hazırlayır. 


Tələbələrimizi təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik