XƏBƏRLƏR

SABAH qrupları tələbələrinin Günay Kazımzadə ilə görüşü baş tutdu.

TƏLƏBƏLƏR

08 Aprel 2025

SABAH qrupları tələbələrinin süni zəka sahəsində beynəlxalq səviyyədə tanınan Günay Kazımzadə ilə görüşü baş tutdu.


Görüşdə iştirak edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kompüter Mühəndisliyi və Proseslərin Avtomatlaşdırılması ixtisasının, Azərbaycan Texniki Universitetinin İnformasiya Texnologiyaları ixtisasının tələbələri Günay xanımla süni zəka, inklüzivlik və qərəzlilik mövzuları ətrafında dərin müzakirələr apardı. Tələbələr süni intellektin rəqəmsal idarəetmədəki rolu, texnologiyanın cəmiyyətə təsiri və inklüziv yanaşmalar haqqında suallarına cavab tapdılar.


Qeyd edək ki, 2019-cu ildə #Almaniyada “İlin gənc tədqiqatçısı” seçilən, “#Mercedes-Benz Consulting” şirkətinin Süni İntellekt üzrə baş məsləhətçisi, “#Google” qrantının ilk azərbaycanlı qalibi və #TED-də çıxış edən ilk azərbaycanlı xanım olan Günay Kazımzadə hazırda #Berlin Texniki Universitetində doktorantura təhsili alır və #Vayzenbaum İnstitutunda tədqiqatçı kimi çalışır.