XƏBƏRLƏR

SABAH məzununun uğuru

MƏZUNLAR

30 İyul 2025

SABAH məzunu Azərbaycan Televiziya və Radio Verilişləri QSC nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında tədris işləri üzrə prorektor vəzifəsinə təyin olunub.


O, Bakı Dövlət Universitetinin kimya, beynəlxalq münasibətlər üzrə bakalavr, həmin universitetin SABAH qruplarının jurnalistika ixtisası üzrə isə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Daha öncə İctimai-siyasi Proqramlar Studiyasında şərhçi-ekspert kimi çalışan Mahmud Yaqub beynəlxalq və yerli jurnallarda 10-dan çox elmi məqalənin müəllifi olub, jurnalistika ilə bağlı müxtəlif konqreslərdə məruzələrlə çıxış edib. 


Bundan başqa, jurnalistika sahəsi üzrə ABŞ-nin Yel Universiteti (Yale University), Pensilvaniya Universiteti (University of Pennsylvania), Kaliforniya Universiteti (University of California), Dük Universiteti (Duke University) və bir çox beynəlxalq universitetlərin kurslarını müvəffəqiyyətlə bitirərək sertifikatlar əldə edib.
Hazırda Bahçeşehir Kıbrıs Universitesinin doktorantıdır.