SABAH məzunu “Təməl” mükafatının laureatı olub!
MƏZUNLAR
09 Aprel 2026
Ötən ilin ən yaxşı memarlıq layihələri mükafatlandırılıb. “Nəqliyyat, sənaye, rabitə və mühəndis bina və qurğuları” nominasiyası üzrə “Təməl” mükafatının laureatı – Laçın kanat yolu layihəsi ilə SABAH qrupları Azərbaycan Memarlıq və İnşaat Universitetinin magistratura səviyyəsi üzrə “Dayanıqlı şəhərsalma və regionların planlaşdırılması” ixtisasının 2024-cü il məzunu Əyyub Mirzəyev olub.
Qaliblər Təməl mükafatı və diplomlarla təltif edilib. Ümumilikdə 890 layihə arasından seçilmiş 82 iş üzrə 6 nominasiyada qaliblər müəyyənləşdirilib.
Qeyd edək ki, Laçın kanat yolu layihəsi iki əsas stansiya binası və onları birləşdirən dayaq sistemindən ibarət vahid memarlıq kompozisiyası kimi formalaşdırılıb.