XƏBƏRLƏR

SABAH məzunu Avropanın nüfuzlu universitetlərinin birgə doktorantura proqramına qəbul olub

MƏZUNLAR

24 Sentyabr 2025

SABAH qrupları Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq ixtisasının 2017-ci il məzunu Sona Məmmədzadə Energy for Sustainability (Davamlılıq üçün enerji) təşəbbüsü çərçivəsində Portuqaliyada #Coimbra Universiteti, #Lisbon Universiteti və #Porto Universitetinin Joint PhD programı olan Davamlı Enerji Sistemləri doktorantura proqramına qəbul olub. 
Paralel olaraq, Coimbra Universitetinin Mexanika mühəndisliyi fakültəsində elmi əməkdaş olaraq çalışır. 


Qeyd edək ki, magistratura səviyyəsi üzrə 2022-ci ildə BMT-nin Davamlı İnkişaf Məqsədlərindən biri olan “Davamlı şəhərlər və icmalar” mövzusuna həsr olunmuş EC2U (European Campus of City-Universities) Joint Master’s proqramı çərçivəsində hər semestr fərqli bir universitetdə təhsil alıb: #Portuqaliyada Coimbra Universiteti, #Finlandiyada Turku Universiteti, #Fransada Poitiers Universiteti və #İtaliyada Pavia Universiteti. 2024-cü ildə magistratura təhsilini fərqlənmə ilə başa vuraraq Fransa və Finlandiyadan iki diplom əldə edib, həmçinin Poitiers Universitetinin 2024 Master Medal mükafatına layiq görülüb.