SABAH-ın mərkəz rəhbərləri Fəxri Fərmana layiq görülüblər
MÜƏLLİMLƏR
30 Aprel 2026
Bakı Dövlət Universitetinin SABAH mərkəzinin rəhbəri Səbinə Ömərova və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH mərkəzinin rəhbəri Nofəl Vəliyev Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə verdiyi töhfələrə görə Fəxri Fərmana layiq görülüblər.
Qeyd edək ki, Fəxri Fərman Azərbaycan Respublikasında təhsilin qiymətləndirilməsi sahəsində aparılan islahatların uğurla həyata keçirilməsində, Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyi münasibətilə Mərkəzin fəaliyyətinə verdiyi töhfələrə görə təqdim olunub.
Həmkarlarımızı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!