Gələcəyin dayanıqlı şəhərlərini birlikdə inşa edək!
UNİVERSİTETLƏR
15 May 2025
EATDA SABAH qrupları İcra Komitəsi və Türkiyənin Ufuk Planlama şirkəti ilə birgə "Bir Başqa Təhsil, Bir Başqa Şəhər" layihəsi çərçivəsində "Dayanıqlı Şəhər Layihəsi" Multidisiplinar Məkan Planlaşdırma təlimi Xəzər Universitetində baş tutacaq.
Layihənin tərəfdaşları Azərbaycan Memarlıq və İnşaat Universitetinin SABAH qrupları, Xəzər Universiteti, #ODTÜ, #Yıldız Texniki Universiteti, #Ankara Universiteti, #İstanbul Universiteti və Türkiyənin digər aparıcı ali təhsil müəssisələrinin tələbələri birgə olaraq şəhər gələcəyini planlaşdırmaq üçün bir araya gəlir!
Qeyd edək ki, AZMİU-nun 50 illik yubileyinə həsr olunmuş bu layihə özəl-dövlət qurumlarının birgə əməkdaşlığı ilə həyata keçirilir.