XƏBƏRLƏR

Zəfər gününə həsr olunan “Secure Tomorrow” hakatonunun bağlanış mərasimi keçirilib

TƏLƏBƏLƏR

08 Noyabr 2025


Noyabrın 7-də Azərbaycan İnnovasiya Mərkəzində SABAH qrupları və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin birgə təşkilatçılığı ilə “Secure Tomorrow” hakatonunun bağlanış mərasimi keçirilib.


8 Noyabr – Zəfər Gününə həsr olunan hakaton Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın icrasına töhfə vermək, gəncləri kibertəhlükəsizlik sahəsində innovativ həllər yaratmağa təşviq etmək məqsədi daşıyıb.


Bu il ikinci dəfə keçirilən hakatonun mövzusu faylların təhlükəsizliyini yoxlamaq üçün süni intellekt əsaslı “sandbox” sistemlərinin hazırlanması olub. İştirakçılar müxtəlif üsullarla yüklənmiş faylların izolyasiya olunmuş mühitdə avtomatlaşdırılmış analizini və zərərli davranışların aşkarlanmasını təmin edən süni intellekt əsaslı həllər təqdim ediblər.
Yarışda ölkənin 10 universitetindən 45 komanda iştirak edib, onlardan 13-ü final mərhələsinə yüksəlib.


Bağlanış mərasimində qaliblər elan olunub:
Birinci yer – “Shreksploıt” komandası;
İkinci yer – “Praxis” komandası;
Üçüncü yer – “DevSec” komandası.


Qeyd edək ki, qalib layihələrin real mühitdə tətbiqi üçün müvafiq dəstəyin göstərilməsi nəzərdə tutulub.