Wyoming universitetinin doktorantı SABAH məzunundan seminar!
MƏZUNLAR
27 May 2024ADNSU SABAH məzunu Alirzə Orucov Avropa və Amerikada təhsil haqqında seminar keçmişdir.
#Wyoming universitetində doktorantura təhsili alan, #ADNSU #SABAH qruplarının “Neft-qaz qurğuları mühəndisliyi” ixtisası üzrə 2018-ci il məzunu Alirzə Orucov SABAH qrupları ADNSU-nun “Kimya Mühəndisliyi” ixtisası üzrə təhsil alan III kurs tələbələrinə Avropa və Amerikada təhsil haqqında seminar keçmişdir. Seminarda əsasən magistratura və doktorantura təhsil pillələrində qarşılaşan çətinliklər və onların həlli, təqaüd imkanları haqqında məlumat verilmişdir.
Qeyd edək ki, Alirzə Orucov magistartura təhsilini İtaliyanın #Turin Politexnik Universitetində “Neft-qaz mühəndisliyi” ixtisası üzrə almışdır, hal-hazırda ABŞ-ın Wyoming universitetində “Kimya Mühəndislyi” ixtisası üzrə doktorantura təhsili alır. SABAH qruplarında təhsil aldığı müddətdə “Techstarts Startup Weekend”-in Azərbaycan finalında “A lot” adlı startapı ilə qalib gəlmiş, Azərbaycan Universiteti və Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən elan olunan "Sağlam bir dünya üçün yaşıl enerji" mövzusunda ən yaxşı tələbə elmi işi müsabiqəsdə "Təmiz ada" adlı elmi işi ilə birinci yerə layiq görülmüşdür.