“Ümumtəhsil məktəblərində keyfiyyət monitorinqləri” mövzusunda seminar təşkil olunub
TƏLƏBƏLƏR
17 Dekabr 2025
“Məktəblərdə keyfiyyət monitorinqi” layihəsinin akademik rəhbəri Aysel Əzimova tərəfindən 16.12.2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin SABAH qruplarında Təhsildə qiymətləndirmə və monitorinq ixtisaslaşması üzrə təhsil alan tələbələr üçün “Ümumtəhsil məktəblərində keyfiyyət monitorinqləri” mövzusunda seminar təşkil olunmuşdur.
Seminar zamanı bildirildi ki, həyata keçirilən keyfiyyət monitorinqləri şagird nailiyyətləri, şagird davranışı və nizam-intizamı, öyrətmə və öyrənmə prosesi, dəstəkləyici mühitin yaradılması, eləcə də liderlik və idarəetmə sahələrini əhatə edir. Eyni zamanda vurğulandı ki, ümumtəhsil məktəblərində aparılan keyfiyyət monitorinqlərinin əsas funksiyası mövcud vəziyyətin obyektiv və real şəkildə qiymətləndirilməsidir.
Seminarın sonunda tələbələr mövzu ilə bağlı Aysel Əzimovaya suallar ünvanlamış, qarşılıqlı fikir mübadiləsi və müzakirələr aparılmışdır.