XƏBƏRLƏR

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş SABAH tələbələri üçün şahmat və dama yarışları və təltifetmə mərasimi baş tutub.

08 May 2024

7-8 may tarixlərində keçirilən yarışlarda, ümumilikdə 101 tələbə olmaqla, şahmat üzrə 53 tələbə, dama üzrə isə 48 tələbə iştirak etmişdir. Təltifetmə mərasimində SABAH qrupları layihəsi İcra Komitəsinin rəhbəri Elza Səmədova, yarışlara ev sahibliyi edən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (#ADBTİA) tədrisin təşkili üzrə prorektoru Rəfail Novruzov və ADBTİA-in elmi katibi, şahmat üzrə beynəlxalq dərəcəli hakim Bəxtiyar Rüstəmov qalib gələn tələbələri təbrik edərək onları diplom və hədiyyə ilə mükafatlandırıblar.

Yekun nəticəyə əsasən, şahmat yarışında 1-ci yerin sahibi #ADBTİA-nın tələbəsi Səbinə Rzalı, 2-ci yerin sahibi #ADBTİA-nın tələbəsi Səməd Aslanov, 3-cü yerin sahibi isə #ADNSU-nun tələbəsi İsa Quliyev oldu. Dama yarışı üzrə 1-ci yerə #ADPU-nun tələbəsi Rüfət Bağırov, 2-ci yerə #BDU-nun tələbəsi Əli Mirzəyev, 3-cü yerə isə #BDU-nun tələbəsi İlahə İsmayılova layiq görüldü.

Qeyd edək ki, beynəlxalq və respublika dərəcəli hakimlər tərəfindən idarə olunan, İsveçrə sistemi üzrə keçirilən yarışlar şahmat üzrə 9 turdan, dama üzrə isə 7 turdan ibarət olmuşdur. Tələbələrimizi təbrik edir, onlara həm təhsil və karyeralarında, həm də gələcəkdə iştirak edəcəkləri yarışlarda uğurlar arzu edirik!

#SABAH #SABAHqrupları #SABAHgroups #EduAz #ETN #EATDA #SABAHidman #şahmat #dama #heydərəliyev101il