XƏBƏRLƏR

ADNSU tələbələri təcrübə proqramında.

TƏLƏBƏLƏR

31 May 2024

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (#ADNSU) İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin (İTİF) SABAH qrupları üzrə təhsil alan 18 nəfər tələbəsinə “Maestro school”-da proqramlaşdırma üzrə təcrübədə uğurla iştirakına görə sertifikatlar verilib. 
Təltif olunma mərasimində çıxış edən İTİF-in dekanı, dosent Fərid Ağayev və SABAH mərkəzinin rəhbəri Arzu İbrahimova “Maestro school” ilə birgə uğurlu əməkdaşlıqdan və onun müsbət nəticələrindən danışıblar. İnformasiya texnologiyaları sahəsində təhsil alan tələbələr üçün təcrübə proqramının əhəmiyyəti, gənclərin bu sahədə maariflənməsində və uğur qazanmasında belə təcrübə proqramlarında iştirakın mühüm rol oynadığını diqqətə çatdırılıb. 
"Maestro School" təsisçisi və direktoru Leyla Səfərli və "Maestro Studio & Maestro School" təsisçisi və direktoru Mədinə Paşayeva təcrübə proqramı və tələbələrin proqramda aktiv iştirakından bəhs ediblər, uğurlu nəticələrinə görə tələbələri təbrik ediblər. Sonda təcrübə proqramını uğurla başa vuran 18 nəfər tələbəyə sertifikatlar verilib.