XƏBƏRLƏR

SABAHın məzunu BMT Baş Assambleyasının gənclər tədbirində iştirak edib

MƏZUNLAR

01 Oktyabr 2025

SABAHın məzunu Ülviyyə Axundova BMT Baş Assambleyasının yüksək səviyyəli gənclər tədbirində iştirak edib.


BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində tarixdə ilk dəfə gənclərə həsr olunmuş rəsmi görüş - “Gənclərlə bağlı Fəaliyyətin Dünya Proqramının (#WPAY) qəbul edilməsinin 30 illiyi” mövzusunda yüksək səviyyəli plenar iclas keçirilib.


Yüksək səviyyəli plenar hissədə Azərbaycanı Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova təmsil edib. Tədbirdə üzv dövlətlər, nazirlər, vətəndaş cəmiyyəti nümayəndələri və gənc liderlər bir araya gələrək son 30 ilin təcrübəsini bölüşüb, əldə edilən nailiyyətləri müzakirə edib və gələcək üçün ortaq əməkdaşlıq yolları barədə fikir mübadiləsi aparıblar.
#UNEC #SABAH məzunu olan Ülviyyə Axundova həmçinin, 2025-ci ilin aprel ayında New York şəhərində BMT-nin baş qərargahında keçirilən #ECOSOC Gənclər Forumunda da çıxış edib.