XƏBƏRLƏR

SABAHımız Siz olun!

TƏLƏBƏ QƏBULU

25 May 2024

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin SABAH qruplarının bakalavriat səviyyəsinə 2024/2025-ci tədris ili üçün tələbə seçimi müsabiqəsi açıq elan olunur!

Müsabiqədə Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrinin müəyyən ixtisaslar üzrə I kursda əyani formada təhsil alan, I semestrin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları

SABAH qruplarına tələbələrin seçimi qaydalarına (7.3 bəndinə) əsasən yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı yolu ilə ali təhsil müəssisələrinə qəbul olunmuş şəxslər müsabiqədə iştirak edə bilərlər.

SABAH qruplarına üç mərhələdən ibarət (akademik göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) seçim müsabiqəsinin I mərhələsində iştirak etmək üçün müvafiq elektron ərizə doldurulmalıdır. Elektron ərizəni doldurmazdan əvvəl əlaqədar “Təlimat”la və “SABAH qruplarına tələbələrin seçimi qaydaları” ilə tanış olmağınız tövsiyə olunur.

Qeydiyyat üçün aşağıda göstərilmiş "Elektron ərizəyə"  keçid etməyiniz tələb olunur.

ELEKTRON ƏRİZƏYƏ KEÇ