SABAH tələbələri Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında
TƏLƏBƏLƏR
27 Oktyabr 2025
SABAH qrupları Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının lV kurs tələbələri üçün “Dərsliklər və uşaq ədəbiyyatı” fənninin tədrisi çərçivəsində SABAH qruplarının müəllimi Aygün Bağırlının rəhbərliyi ilə Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında çağdaş uşaq ədəbiyyatı nümayəndələri ilə görüş təşkil olunub.
Görüşdə uşaqlar üçün yazılmış əsərlərdə tərbiyəvi və mənəvi dəyərlərin aşılamasının vacibliyi vurğulanmışdır. Müzakirədə müasir uşaq ədəbiyyatının ən qocaman nümayəndəsi Zahid Xəlil, şair İbrahim Yusifoğlu, yazıçılar Mehriban Nağıyeva, Sevinc Elsevər, Nurlana İşıq, Gülzar İbrahimova, Günay Qarayeva maraqlı çıxışlar edərək, ədəbiyyatın insanın müasir həyatında rolu, onun xəyal gücünün formalaşmasında, hətta elmi yeniliklərin, texnologiyaların inkişafına təsiri barədə danışdılar. Sonda tələbələrin sualları cavablandırıldı.