SABAH tələbəsi qrant müsabiqədə qalib seçilib
TƏLƏBƏLƏR
19 Sentyabr 2025
SABAH qrupları Azərbaycan Dövlət İqtisad Universitetinin IV kurs tələbəsi Ceyla Əsgərova Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində gənclər və gənclər təşkilatları üçün elan edilən qrant müsabiqədə “Qəhrəman Ruh, Parlaq Zəka” – Şəhid Övladları Arasında Bilik və İstedad Festivalı adlı layihəsi ilə qalib seçilib.
Layihəsi ilə tələbəmiz gənclərin biliklərinin artırılmasına, yaradıcı təşəbbüslərinin dəstəklənməsinə və cəmiyyətin inkişafında daha aktiv rol almalarına töhfə verməyi hədəfləyir.
Qrant müsabiqənin məqsədi Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbənin 5-ci ildönümünü nəzərə alaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı gənclərin dövlətçilik dəyərlərinə sadiqliyinin möhkəmləndirilməsi, onların dövlətin hüquqi və suveren əsaslarına dair biliklərinin artırılması, Konstitusiya prinsiplərinə əsaslanan layihələrin dəstəklənməsi və bu istiqamətdə ictimai təşəbbüslərin stimullaşdırılmasıdır.