SABAH tələbəsi DAAD proqramının qalibi oldu
TƏLƏBƏLƏR
02 Aprel 2026
SABAH qrupları Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat ixtisası üzrə IV kurs tələbəsi Səbinə Məmmədova DAAD təqaüd proqramının qalibi oldu!
O, DAAD təqaüdünü qazanaraq magistr təhsilini Almaniyada davam etdirəcək. Qeyd edək ki, ölkədə iqtisadiyyat ixtisası üzrə ümumilikdə 11 nəfər bu nüfuzlu beynəlxalq təqaüd proqramının qalibi seçilib.
Məzunumuza gələcək fəaliyyətində uğurlar arzulayırıq!