XƏBƏRLƏR

SABAH tələbəsi beynəlxalq uğura imza atıb!

TƏLƏBƏLƏR

16 İyul 2025

SABAH qrupları Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Süni intellekt ixtisası üzrə I kurs magistr tələbəsi  Rəhim Zeynalov beynəlxalq uğura imza atıb. 


Çində keçiriləcək #Huawei şirkətinin “Seeds for the Future” beynəlxalq təcrübə proqramında Azərbaycanı təmsil edəcək 10 ən yaxşı tələbədən biri seçilərək 1 həftəlik təcrübə imkanı qazanıb. Proqram avqustun 3-dən 9-dək davam edəcək. 


Qeyd edək ki, “Seeds for the Future” — Huawei-nin korporativ səviyyədə həyata keçirdiyi əsas sosial məsuliyyət proqramıdır. Bu proqram çərçivəsində dünyanın müxtəlif ölkələrindən seçilmiş gənc istedadlara rəqəmsal texnologiya mövzusunda qısamüddətli təlimlərdə, qlobal yarışmalarda və davamlı məzun fəaliyyətlərində iştirak etmək imkanı yaradılır. 


Proqram iştirakçılara sənaye innovasiyaları ilə tanış olmaq, mədəniyyətlərarası mübadilə təcrübəsi qazanmaq və sahibkarlıq ruhunu inkişaf etdirmək üçün vacib bir platforma təqdim edir.