SABAH tələbəsi Beynəlxalq Şurada
TƏLƏBƏLƏR
26 Noyabr 2025
SABAH qrupları Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasının IV kurs tələbəsi Murad Əsgərov “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası - Bakı” ictimai birliyinin (#ELSA) Baş katibi qismində 12-16 noyabr tarixlərində Finlandiyanın Helsinki şəhərində keçirilən ELSA-nın 88-ci Beynəlxalq Şura Toplantısında iştirak etmişdir.
ELSA Azərbaycanın nümayəndə heyəti təşkilatın fəaliyyət istiqamətləri üzrə təşkil olunmuş müxtəlif vörkşoplarda iştirak edərək ELSA Beynəlxalq Nizamnaməsinə təklif olunmuş dəyişiklikləri müzakirə etmiş və plenar iclaslarda səsverməyə çıxarılmış həmin dəyişikliklərə müxtəlif istiqamətlərdə səs vermişdir.