XƏBƏRLƏR

SABAH tələbəsi “Baku Steel Art 2025”-də

TƏLƏBƏLƏR

11 Noyabr 2025

SABAH tələbəsi “Baku Steel Art 2025” İkinci Beynəlxalq Metal Simpoziumunda ölkəmizi təmsil edib.

SABAH qrupları Azərbaycan Rəssamlıq Akademiyasının Dekorativ tətbiqi sənət (Bədii xalça) ixtisasının IV kurs tələbəsi Leyla Ağadiyeva “Baku Steel Art 2025” simpoziumunda “Əbədi dövran” adlı əsər yaradıb.

“Əbədi Dövran” - həm damla, həm də yarpaq formasında su ilə təbiəti - həyatın iki əsas başlanğıcını birləşdirən arxetipik bir simvol kimi qurulub. Damla - planetin yaddaşını və enerjisini daşıyan başlanğıcdır. Yarpaq - Yer kürəsinin nəfəsi, suyun daşıyıcısı və tarazlığın rəmzidir, özündə yenilənmənin, böyümənin və saflığın qüdrətini daşıyır.