XƏBƏRLƏR

SABAH tələbəsi 3-cü MDB Oyunlarında hakim kimi iştirak edir

TƏLƏBƏLƏR

06 Oktyabr 2025

Azərbaycan İdman Akademiyasının Məşqçilik ixtisası üzrə SABAH qruplarının IV kurs tələbəsi Yaznur Sərxanova 3-cü MDB Oyunlarında ölkəmizi qürurla təmsil edir.  


Voleybol üzrə yarışların baş hakimi kimi SABAH qruplarının müəllimi, beynəlxalq dərəcəli hakim Zaur Hacıyev bu mötəbər yarışda çıxış edir. Uzun illərin təcrübəsinə və peşəkarlığına sahib olan Zaur müəllim həm yerli, həm də beynəlxalq səviyyədə tanınmış idman mütəxəssislərindəndir və o, öz təcrübəsini tələbələri ilə da bölüşür. 


Nəticəsində tələbəsi Yaznur Sərxanova yarışlarda I dərəcəli hakim kimi iştirak edir. Bu təcrübə tələbəmiz üçün həm şəxsi inkişaf, həm də gələcək peşə karyerası baxımından çox dəyərlidir.