XƏBƏRLƏR

SABAH tələbələrinin “Robotex Türkiyə”da uğuru!

TƏLƏBƏLƏR

19 Aprel 2024

SABAH tələbələri 20-21 aprel tarixlərində dünyanın ən böyük robot festivalı olan “Robotex”in Türkiyənin Antalya şəhərində keçirilən yarımfinal mərhələsində iştirak etmişdir.

SABAH qrupları Bakı Dövlət Universitetinin Kompüter elmləri və Texnologiyaları ixtisasının magistrantı Sərxan Abbaszadənin rəhbəri olduğu "85 GAMES STUDIO" komandası “Software Technologies - Proqramlaşdırma texnologiyaları” kateqoriyası üzrə birinci yerə, Kompüter elmləri ixtisası üzrə bakalavriat pilləsinin tələbəsi Nihat Qəriblinin üzvü olduğu "BİLİG" komandası Proqramlaşdırma Texnologiyaları kateqoriyası üzrə ikinci yerə, "Green Entrepreneurship-Yaşıl sahibkarlıq" kateqoriyasında SABAH tələbələri Kimya müəllimliyi üzrə bakalavriat pilləsinin tələbəsi Cahan İsmayılova, Fizika müəllimliyi üzrə bakalavriat pilləsinin tələbəsiLeyla Əliyeva, Biologiya müəllimliyi üzrə bakalavriat pilləsinin tələbəsi Fəridə Rzayeva, Kompüter elmləri üzrə bakalavriat pilləsinin tələbəsi İsgəndər Məmmədovdan ibarət "QuantumTech" komandası üçüncü yerə layiq görülmüşdür.

SABAH qrupları Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və İnformatika müəllimliyi ixtisası üzrə məzunu Raya Həsənova və bakalavriat pilləsinin 5-ci kurs tələbəsi Elmira Poladova "Green Entrepreneurship-Yaşıl sahibkarlıq" kateqoriyası üzrə "Azirrigation" layihəsi ilə çıxış edərək üçüncü yerə layiq görülmüşdür. Eyni zamanda Hakimlər arasında yeganə tələbə olan, "Robot League" kateqoriyası üzrə Hakim kimi fəaliyyət göstərən Elmira Poladova İtaliyada keçiriləcək Beynəlxalq Fibonacci Robot Olimpiadasında fəaliyyətini hakim olaraq davam etdirmək üçün dəvət almışdır.

Estoniyada əsası qoyulan “Robotex” festivalı dünyanın ən böyük robot yarışması hesab edilir. “Robotex Türkiyə”də dünyanın 11 ölkəsindən 19 fərqli kateqoriya üzrə 400-dən çox komanda, 2500-dən artıq iştirakçı yarışırdı. Qalib komandalar “Robotex”in final mərhələsində iştirak hüququ qazanıblar.

#EduAz #EATDA #SABAH #SABAHgroups #SABAHqrupları #BDU #ADPU #Robotex