XƏBƏRLƏR

“Dönüş” tamaşası Mingəçevir Dövlət Dram Teatrında nümayiş olundu

TƏLƏBƏLƏR

01 Dekabr 2025

SABAH tələbələrinin ifasında “Dönüş” tamaşası Mingəçevir Dövlət Dram Teatrında nümayiş olundu.


SABAH qrupları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Aktyor sənəti ixtisasının tələbələri böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlının “Dönüş” əsəri əsasında hazırladıqları tamaşanı Mingəçevir Dövlət Dram Teatrının səhnəsində təqdim etdilər.


Gənc aktyorların ifasında səhnələşdirilən “Dönüş” tamaşası klassik Azərbaycan dramaturgiyasının aktual mövzularını müasir teatr dili ilə tamaşaçıya çatdırır.
Tədbirdə Mingəçevir Dövlət Universitetinin müəllim-professor heyəti, tələbələri və universiteti təmsil edən nümayəndələrlə yanaşı şəhər ictimaiyyətinin üzvləri də iştirak ediblər. 


Quruluşçu rejissor İradə Gözəlovanın rəhbərliyi, müəllim heyətinin bədii rəhbərliyi və yaradıcı dəstəyi ilə hazırlanan səhnə işi gənc aktyorların yaradıcılıq potensialını göstərmək baxımından mühüm əhəmiyyət daşıyaraq teatrsevərlər tərəfindən böyük maraqla qarşılanıb.