SABAH tələbələrinin hakatonda uğuru
TƏLƏBƏLƏR
19 Noyabr 2025
Bakı Dövlət Universitetinin (#BDU) ikili diplom proqramı çərçivəsində İsrailin Holon Texnologiya İnstitutunda (#HIT) təhsil alan BDU SABAH qruplarının Kompüter elmləri ixtisasının IV kurs tələbələri Bəxtiyar Novruzov və Əli Vəliyev israilli tələbələrlə birlikdə “Aİ Sprint” hakatonunda iştirak edərək II yerə layiq gürülüblər.
Qeyd edək ki, Hakatonun əsas istiqamətləri “Zamanın idarə edilməsi”, “Kampusda sosial həyat”, “Effektiv və səmərəli öyrənmə” mövzularında keçirilib. Hakatonda iştirak tələbələrə yalnız texniki bacarıqlar deyil, beynəlxalq komanda ilə əməkdaşlıq, dizayn düşüncəsi və sürətli prototipləşdirmə üzrə də əhəmiyyətli təcrübə qazandırıb.