SABAH tələbələri Young European Security Conference-də Azərbaycanı təmsil ediblər
TƏLƏBƏLƏR
02 Mart 2026
UNEC SABAH qruplarının İqtisadiyyat ixtisası üzrə 4-cü kurs tələbələri Rəhilə Məmmədova və Altun Mehdizadə 2026-cı ildə keçirilən Young European Security Conference-də çıxış edərək Azərbaycandan seçilən iki nümayəndə olmuşlar.
Konfrans 26–27 fevral 2026-cı il tarixlərində Berlin, Almaniya şəhərində baş tutmuşdur. Tədbir Avropa Gənclər Parlamenti tərəfindən maliyyələşdirilmiş və təşkil olunmuşdur.
Tələbələr konfrans çərçivəsində “Climate and Security” (İqlim və Təhlükəsizlik) mövzusu üzrə ekspertlər qarşısında çıxış edərək iqlim dəyişikliyinin təhlükəsizlik, iqtisadi sabitlik və regional inkişaf üzərində təsirləri barədə fikirlərini bölüşmüşlər.
Young European Security Conference Avropanın müxtəlif ölkələrindən olan gəncləri, siyasət tədqiqatçılarını və ekspertləri bir araya gətirərək qlobal təhlükəsizlik gündəliyində duran aktual problemlərin müzakirəsi üçün mühüm platforma yaratmışdır.