XƏBƏRLƏR

SABAH tələbələri Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbirdə

TƏLƏBƏLƏR

24 Sentyabr 2025

Sentyabrın 22-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dahi bəstəkar, musiqişünas alim, pedaqoq Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.


Tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, müxtəlif ali təhsil ocaqlarının rektorları, ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və media mənsubları iştirak ediblər.


Qeyd edək ki, Prezident İlham Əliyev 2025-ci il fevralın 3-də Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə Sərəncam imzalayıb. Sərəncam əsasında Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası birgə tədbirlər planı hazırlayaraq həyata keçirir. 


Bu il Mədəniyyət Nazirliyi tərəfindən keçirilən XVII Beynəlxalq musiqi festivalı çərçivəsində ADMİU #SABAH qruplarının ifasında “Üzeyir bəy belə deyərdi: “Babalı Sərvərin boynuna” adlı performanslar nümayiş olunub. Performansların müəllifi İlqar Fəhmi, quruluşçu rejissor Gümhar Ömərdir.